Yerevanda Qriboyedovun abidəsi təhqir edildi - FOTO

DÜNYA 03 dek 2019, 09:37

Rusiya şairi və diplomatı Aleksandr Qriboyedovun Yerevandakı abidəsini təhqir edilib.

 

“RİA Novosti” xəbər verir ki, Ermənistanın “Birləşmiş Milli Təşəbbüs” partiyasının sədri Şant Arutunyanın oğlu, millətçi kimi tanınan Şaqen Arutunyan abidənin üzərinə qırmızı rəng töküb

 

Bu barədə Şaqen Arutunyan özünün “Facebook”dakı səhifəsində yazıb və orada şəkil yerləşdirib:

 

 

“Mən Njdenin xatirə lövhəsinin rənglənməsinə cavab olaraq Rusiya imperiyasının səfiri, yazıçı Qriboyedovun abidəsini rənglədim”.

 

Ermənistanın hüquq-mühafizə orqanları millətçi gəncin bu hərəkətinə hər hansı reaksiya verməyib.

 

Qeyd edək ki, Şaqen Arutunyan 2014-cü ildə şərti olaraq 4 il müddətinə azadlıqdan məhrum edilib. (oxu.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top