Biləcəridəki qəzada iki nəfər həyatını itirdi

HADİSƏ 30 noy 2019, 19:38

Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, noyabrın 29-da saat 16 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini Ağarza Ağayev idarə etdiyi “Khazar” markalı avtomobili qarşıda gedən paytaxt sakini E.Rzayevin idarə etdiyi “Mercedes” markalı avtomobilə vurub, zərbədən “Khazar” markalı avtomobil yol ayrıcısına dəyib.


Nəticədə A.Ağayev və sərnişini Rəşad Həsənov hadisə yerində ölüblər.


Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top