Prezidentə müraciət edən vətəndaşın borcu ilə bağlı bankdan AÇIQLAMA

SOSİAL 22 noy 2019, 22:53

Xəbər verdiyimiz kimi noyabrın 19-da Bakı Dəmiryolu Vağzalının qarşısında Prezidentə yaxınlaşan vətəndaş Məmmədova Səmayə İbrahim qızı “Bank of Baku”ya olan borcunun və Qərb Universitetinin tələbəsi olan nəvəsinin təhsil haqqının ödənməsini xahiş edib.


Demokrat.az xəbər verir ki, məsələ ilə bağlı Bizimyol.info-nun informasiya sorğusuna “Bank of Baku”da Reklam və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Gülşən Cumayeva cavab verib.

 

G.Cumayeva bildirib ki, borclu vətəndaşın dövlət başçısına etdiyi müraciətin nəticəsi bəllidir: “Məsələ müsbət həllini tapıb”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top