Bakıda sürücülər arasında dava düşdü – xəsarət alan var

HADİSƏ 13 noy 2019, 19:54

Bakıda döyülmə hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Bakı sakini Vidadi Hüseynov yol üstündə tanımadığı sürücü ilə mübahisə edib. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Nəticədə V. Hüseynov tanımadığı sürücü tərəfindən döyülüb.

 

Yaralı müxtəlif bədən xəsarəti ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top