PA rəhbərinin əvvəlki vəzifəsi kimə tapşırılıb?

GÜNDƏM 02 noy 2019, 11:57

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Samir Nuriyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edərək, onun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıb. 

 

Demokrat.az-ın Unikal.org-a istinadən məlumatına görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsi hazırda Anar Adil oğlu Quliyevə tapşırılıb. 

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2019-cu il tarixli sərəncamı ilə Anar Adil oğlu Quliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top