Şəmsəddin Xanbabayevə yeni vəzifə verildi

GÜNDƏM 02 noy 2019, 11:35

Bir neçə gün əvvəl Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Şəmsəddin Xanbabayevə yeni vəzifə verilib.

 

Demokrat.az xəbər verir ki, KONKRET.az-ın şimal bölgə müxbirinin verdiyi xəbərə görə, 81 yaşlı Şəmsəddin Xanbabayev Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri təyin olunub.

 

Şəmsəddin Xanbabayev özü bu xəbəri saytımıza təsdiqləyərək bildirib ki, partiyanın nüfuzunu daim üstün tutmaqla rayonda fəal işini davam etdirəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top