Milli Şuranın yol qəzasını siyasiləşdirmək cəhdləri — VİDEO

GÜNDƏM 30 okt 2019, 10:49

Xəbər verdiyimiz kimi, Milli Şura Koordinasiya Mərkəzinin üzvü Oktay Gülalıyevi piyada keçidindən keçən zaman maşın vurub. Qəzadan dərhal sonra onu 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdiriblər. Hazırda o həkim nəzarəti altında müalicə olunur. 


Göründüyü kimi, bu, tamamilə qəza hadisəsi olub. Ancaq hadisədən az sonra Milli Şura üzvləri növbəti dəfə yalana və insanların taleyindən şou düzəltməyə çalışırlar. Radikal müxalifət hər gün ölkədə onlarla sayda baş verən bu cür avtomobil qəzalarından belə öz mənafeyləri üçün yararlanmaq və xalqı növbəti dəfə aldatmaq istəyirlər. Halbuki, bu hadisənin ilk şahidlərindən olan şəxslər məhz Oktay Gülalıyevin dostu və əqidə yoldaşları - jurnalist Şirin Cəfərli və tanınmış blogger Mehman Hüseynov olub. Hətta, sözügedən qəza ilə bağlı Mehman Hüseynov Şirin Cəfərlidən video-müsahibə də alıb. 


Həmin müsahibəni təqdim edirik: 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top