Koçaryan Avropa Məhkəməsinə şikayət etdi

DÜNYA 28 okt 2019, 22:40

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Avropa İnsan Haqları Məhkəməsinə həbsi ilə bağlı şikayət edib.

 

Demokrat.az “Qafqazinfo” ya istinadən xəbər verir ki, Koçaryan hüquqlarının pozulmasından şikayətlənib. Keçmiş prezidentin vəkillərinin yaydığı məlumatda deyilir:

 

“AİHM Koçaryanın ərizəsini qəbul edib və qeydiyyatdan keçirib. Ərizəni 17-18 oktyabr tarixlərində alan məhkəmə mümkün olduqca işə tez baxacaq”.

 

Qeyd edək ki, Robert Koçaryan 2008-ci il 1 mart aksiyaları zamanı konstitusion quruluşu pozmaqda təqsirləndirilir. 2018-ci ildə 2 dəfə həbs edilib buraxılan eks-prezident 2019-cu ilin iyununda yenidən tutulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top