Mikroavtobusla “KamAZ”ın toqquşmasında yaralananların kimlikləri müəyyənləşdi – YENİLƏNİB

HADİSƏ 12 okt 2019, 22:27

Ağstafada mikroavtobusla “KamAZ”ın toqquşmasında yaralananların kimlikləri bəlli olub. 

 

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, qəza nəticəsində Quliyeva Pərvanə (1986), Nəsibov Vüsal (1987), Babayeva Gülluf (1956), Oruclu Zöhrə (1999), Cəlilova Zülfüyə (2003), Orucova Tamile (1986), Kərimli Rəşid (2012), Muğalova Gülnarə (1984), Göycəliyev Pərvin (1992) müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralıların müalicəsi Ağstafa rayon Mərkəzi Xəstəxanasında davam edir. 

Fakla bağlı Ağıstafa rayon Polis Şöbəsində araşdırma aparılır.

 

21:22

Ağstafa rayonunda sərnişindaşıma ilə məşqul olan mikroavtobus aşıb. 

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, qəza nəticəsində xəsarət alanlar olub.  

Yaralılardan bəziləri Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

İlkin məlumata görə, mikroavtobus “KamAZ” markalı yük maşını ilə toqquşub. Nəticədə ona yaxın sərnişinin yaralanıb.  

Hadisə yerinə Ağstafa rayon Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.  

Faktla bağlı araşdırma başlanılıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top