Pakistandan Türkiyəyə dəstək: “Uğurlu olmasını diləyirik”

DÜNYA 12 okt 2019, 10:01

Pakistanın baş naziri İmran Xan Türkiyənin Suriyada apardığı “Sülh çeşməsi” anti-terror əməliyyatını dəstəklədiyini bildirib.

 

Pakistan baş nazirinin mətbuat xidmətinin yaydığı məlumata görə, İmran Xan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək ona dəstəyini ifadə edib.

 

“Pakistan Türkiyənin terrorla bağlı narahatlığını tamamilə bölüşür. Pakistan Türkiyənin üzləşdiyi təhdid və çətinliklərdən tam xəbərdardır. Türkiyənin təhlükəsizlik, regional sabitlik və Suriyada nizamlanmanın gücləndirilməsi üçün göstərdiyi səylərinin tamamilə uğurlu olmasını diləyirik”, - deyə məlumatda bildirilir.(Modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top