Ofelya Sənani xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır

HADİSƏ 05 okt 2019, 11:50

Azərbaycanın Xalq artisti Ofelya Sənani infarkt keçirib.

 

O, ürəyin ön və arxa divarının infarktı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

 

O.Sənani hazırda xəstəxananın Reanimasiya şöbəsində müalicə alır. 

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, Xalq artistinin vəziyyəti ağır qiymətləndirilir.

 

O.Sənani 1941-ci ildə Bakı şəhərində anadan olub. 1959-1975-ci illərdə radioda işləyib, bir sıra radio tamaşalarında baş rollarda çıxış edib. 1975-ci ildən televiziyada fəaliyyət göstərib. 1960-1990-cı illərdə eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləyib, 100-dən artıq filmin baş qəhrəmanlarını səsləndirib. O, kinofilmlərdə də çəkilib ("Dağlarda döyüş", "Ulduzlar sönmür" bədii filmləri, "Bakı bulvarı", "Mücrü" və s. televiziya filmləri).(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top