Ermənistanda zəlzələ oldu

HADİSƏ 04 okt 2019, 16:46

Bu gün Ermənistanın Şirak bölgəsində 3-4 bal gücündə zəlzələ baş verib.

 

Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, oktyabrın 4-də saat 07: 05-də Ermənistan FHN-in ərazi seysmik mühafizə xidmətinin seysmoloji şəbəkəsi Aşotsk kəndindən (Şirak rayonu) 2 km şimal-şərqdə 2,8 bal gücündə zəlzələ qeydə alıb.

 

Episentrdə zəlzələnin gücü 3-4 bal olub. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

 

Zəlzələ Aşotsk kəndində 3 bal gücündə hiss olunub.(Unikal.org)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top