Bakıda 8 yaşlı oğlanın ölümündə günahlandırılan həkimə cəza verildi

KRİMİNAL 04 okt 2019, 15:09

Xətai Estetik Klinikasının səhlənkarlıqda təqsirləndirilən həkimi Natavan Yaqubovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. 


Bakı Apellasiya Məhkəməsinin hakimi Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 


Məhkəmənin növbəti iclası oktyabrın 11-nə təyin edilib.


İttiham aktına əsasən, ötən il Xətai rayonu ərazisindəki Xətai Estetik Klinikasında 8 yaşlı Tunar İsayev burun-boğaz əti əməliyyatı edilərkən həkim-cərrah N.Yaqubovanın  səhlənkarlığı nəticəsində ölüb. 


Belə ki, azyaşlı oğlanın boğazının şah damarı kəsilib və o, əməliyyat masasında keçinib.


Faktla bağlı Xətai Rayon Prokurorluğunda həkim həkim-cərrah N.Yaqubova barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət iş açılıb.


Qadın cərrah barəsində cinayət işində ölən uşağın atası Rafiq İsayev zərərçəkmiş şəxs qismində tanınıb.


Xətai Rayon Məhkəməsinin hökmü ilə o, 3 il həkimlik fəaliyyati ilə məşğul olmaq hüququndan məhrum etməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. N.Yaqubova cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkəcək. Hökmdən narazı qalan həkim apellyasiya şikayəti verərək, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyir. 


Xətai Estetik Klinikasında faciəli şəkildə ölən Tunarın ailəsinin uzun müddət övladı olmayıb və o, 18 illik həsrətdən sonra dünyaya gəlibmiş.


Cərrah N.Yaqubova Xətai Estetik Klinikasının tanınmış həkimi kimi tez-tez telekanallarda reklam edilir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top