SON DƏQİQƏ! Məhkəmə Elinanın ölümündə təqsirləndirilən direktor barədə QƏRAR VERDİ

KRİMİNAL 12 sen 2019, 12:28

62 saylı orta məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən məktəbin direktoru Sevinc Abbasovanın bu gün məhkəməsi başlayıb.


Demokrat.az xəbər verir ki, Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası baş tutub. Hadisə ilə bağlı ilk olaraq Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılmışdı, bu maddəyə istintaq xitam verib. Sevinc Abbasova isə günahsız olduğunu deyib:"Mənim təqsirim yoxdur".
İşin icraatına xitam verilməsi üçün vəsatət verilib. Lakin vəsatət təmin edilməyib.

 

Proses sentyabrın 18-də davam etdiriləcək.(azxeber.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top