130 kriminal avtoriteti "sındırmış" general öldü

KRİMİNAL 29 avq 2019, 14:35

Rusiyanın Ulyanovsk vilayətində Cəzaların İcrası Federal Xidmətinin general-mayoru Vasili Snıserev ölüb.


Demokrat.az xəbər verir ki, bu barədə idarənin Ulyanovsk üzrə bölməsinin saytında məlumat yayılıb.


Avqustun 25-də vəfat edən 90 yaşlı generalın ölüm səbəbi açıqlanmır.


Vasili Snıserev, ilk növbədə, "qanuni oğru"ların "sındırılması" ilə məşğul olan "Ağ qu quşu" koloniyasını yaradanlardan biri kimi tanınır. Onun 10 illik xidmət müddətində koloniyada beş mindən çox məhbus, o cümlədən, 130 "qanuni oğru" saxlanılıb.


Vasili Snıserev "Qırmızı Əmək Bayrağı" ordeni, səkkiz medal və "Daxili İşlər Nazirliyinin əməkdar işçisi" nişanı ilə təltif olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top