Ermənistanda Tələt Paşanı təhqir etdilər — FOTOLAR

DÜNYA 26 avq 2019, 22:05

Ermənistanın Şirak bölgəsində Osmanlı imperiyasının son baş nazirlərindən olan Tələt paşanı öldürən daşnak suiqəsdçi Soqomon Teyliryana aid heykəl inşa olunub.

Heykəl illər öncə inşa olunsa da, sosial şəbəklərdə indi səs-küyə səbəb olub.

Heykəlin ayağının altında təsvir edilən İttihad və Tərəqi hərəkatının liderlərindən olan Mehmet Tələt paşanın kəsik başının məqsədli bir şəkildə o cür qoyulması diqqətləri çəkib.

Erməni suiqəsdçi Teyliryan Berlində Tələt paşa üçün təşkil olunan suiqəsdi uğurla yerinə yetirdikdən sonra öz ölkəsində “milli qəhrəman” zirvəsinə yüksəlib.

Qeyd edək ki Mehmet Tələt paşa “Osmanlı Hürriyyət” cəmiyyətinin qurucu lideri, “İttihad və Tərəqqi” hərəkatının öncüllərindən olan dövlət xadimi olub.

ermenilerden_buyuk_saygisizlik_1566804159_0106

Tələt paşa 1874-cü ildə dünyaya gəlib.

Osmanlı dövlətinin son dönəmlərində adı Ənvər paşa və Camal paşa ilə tez-tez çəkilən, onlarla bərabər hərbi-siyasi fəaliyyətlə məşğul olan Tələt paşa Ii dünya müharibəsindən sonra Almaniyaya gedib.

“İttihad və Tərəqqi” hərəkatı üzvlərinin öldürülməsi qərarlaşdıran “Daşnaqsütun” partiyası bu vəzifəni icra etməsi üçün Soqomon Teyliryanı seçib.

Teyliryan 1921-ci il, 25 martda Berlində tək güllə ilə Tələt paşanı öldürüb.

Ölümündən sonra Berlində türk məzarlığında basdırılan Tələt paşa 1943- cü ildə alınan yekdil qərara əsasən Türkiyəyə gətirilərək “Abide-i Hürriyet” məzarlığında dəfn olunub.(musavat.com)

TalatPascha

eFd9h_1566804115_0345

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top