Danimarka baş naziri Qrenlandiyanın satılmadığını açıqladı

DÜNYA 19 avq 2019, 10:24

Danimarkanın baş naziri Mette Frederiksen Qrenlandiyanın ABŞ-a satılması ehtimalını istisna edib.

 

Bu barədə o, yerli mətbuata verdiyi müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, Qrenlandiya satılmır.

 

Frederiksen, Danimarkanın digər ticarət mövzularında əməkdaşlıq üçün açıq olduğunu ifadə edib.

 

Baş nazir ümid edib ki, ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı almaq istəyi ilə bağlı verdiyi açıqlamalar ciddi deyil. (“Report”)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top