“Baku Bus” avtobusu iki avtomobillə toqquşdu - Yaralanan var (FOTO)

HADİSƏ 09 avq 2019, 16:11

Bakıda sərnişin avtobusunun iştirakı ilə zəncirvari yol qəzası olub.

 

Demokrat.az xəbər verir ki, hadisə Nəsimi rayonunda Nəsibbəy Yusifbəyli küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində baş verib. Məlumata görə, 3 nömrəli marşrut xətti ilə hərəkət edən “Baku Bus” avtobusu iki minik avtomobili ilə toqquşub.

 

Nəticədə minik avtomobillərdən birinin sürücüsü xəsarət alıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top