Agentlik paytaxt sakinlərini sevindirəcəyinə söz verdi

SOSİAL 08 avq 2019, 22:33

Bakı Nəqliyyat Agentliyi (BNA) bu yaxınlarda avtobuslarla bağlı bir sıra dəyişikliklərin olacağını bildirib.


BNA-nın mətbuat katibi Mayis Ağayev “Sputnik”a açıqlamasında 2019-cu ilin sonunadək avtobuslarda “qəpik sistemi”nin tamamilə ləğv olunacağını qeyd edib: 


“Paytaxtın bütün avtobuslarında gediş haqqı yalnız kart vasitəsilə ödəniləcək”.


Ağayev açıqlamasında 300 yeni avtobusun istifadəyə veriləcəyini də vurğulayıb.


Hazırda şəhərin yalnız 500 avtobusunda nağd ödəniş həyata keçirilir.


Şəhərdə “Bakıkart”ın balansının artırılması üçün 148 metro, 51 BakuBus və 189 “Milliön” terminalı mövcuddur.


Yaxın gələcəkdə isə kartın balansını online formada artırmağın mümkün olacağı haqda məlumat yayılıb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top