İranda qırıcı təyyarə qəzaya uğradı

DÜNYA 04 avq 2019, 17:42

İranın Buşehr əyalətində qırıcı təyyarə qəzaya uğrayıb.

 

“Report” RİA “Novosti”yə istinadla xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

 

Hadisə Tanqestan vilayətində baş verib. Təyyarədə iki pilot olub və onların hər ikisi sağ qalıb.

 

“Qəzaya texniki nasazlıq səbəb olub. Təyyarədə iki pilot olub, hər ikisi sağdır”, – deyə vilayət qubernatoru Əbdülhüseyn Rafiypur agentliyə bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top