ABŞ-da bir gündə iki qətliam - 30 ölü var

DÜNYA 04 avq 2019, 13:20

ABŞ-da ikinci dəfə silahlı qətliam baş verib.


Demokrat.az xəbər verir ki, Ohayo ştatının Dayton şəhərinin Oreqon bölgəsində dinc əhaliyə silahlı hücum olub. 


Yerli polisin məlumatına görə, hücumda 10 nəfər həyatını itirib, 16-sı isə yaralı halda xəstəxanaya yerləşdirilib. Ölənlərinin sayının artacağı istisna edilmir. 


Hadisəni törədən iki nəfərdən biri də ölənlər içərisindədir, digəri avtomobilə minərək ərazidən uzaqlaşıb.

 

Xatırladaq ki, bu Birləşmiş Ştatlarda son sutka ərzində baş vermiş ikinci silahlı hücumdur. Ötən gün Texas ştatında ticarət mərkəzlərindən birinə edilmiş silahlı basqın nəticəsində 20 nəfər öldürülmüş, 40 nəfər isə yaralanmışdı

 

Zaur Zahidoğlu

Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top