Demokrat.az-ın gündəmə gətirdiyi parkda AzTV veriliş çəkdi — VİDEO

SOSİAL 01 avq 2019, 17:43

Azərbaycan Dövlət Televiziyası paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən Neftçilər parkında veriliş hazırlayıb. 


Demokrat.az xəbər verir ki, "Əsas məsələ" adlanan verilişdə son illər Bakıdakı istirahət parklarının yaradılması və yenidən qurulmasının sosial və iqtisadi əhəmiyyəti müzakirə olunub. 


Müzakirələrdə Suraxanı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Bərxudar Bərxudarov, memar Nizami Qasımov, turizm üzrə mütəxəssislər -  Tərlan Quliyev və Rəhman Quliyev iştirak ediblər.


Qeyd edək ki, bu yaxınlarda sözügedən parkda bir neçə ağacların və kol bitkilərinin quruması ilə bağlı Demokrat.az-da tənqidi material dərc edilib. Bu materialdan dərhal sonra Suraxanı rayon İcra Hakimiyyəti hərəkətə keçərək, parkın qorunması üçün nəzarət işlərini gücləndirib. 

 


Demokrat.az  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top