Bakıda yas yerində süfrəyə gətirilən dovğanı görənlər təəccübəndi – FOTO

SOSİAL 28 iyl 2019, 14:48

Bu gün Bakıda yas yerlərinin birində ehsan süfrəsinə qoyulan dovğa görənlərin marağına səbəb olub. Çünki dovğanın üstünə qeydiyyat tarixi sabah kimi göstərilib.

 

Demokrat.az xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə şikayətlərində bildiriblər.


Qeyd edilir ki, “Gənzə dovğa” adı altında süfrəyə qoyulan dovğanın istehsal tarixi 29.08.2019 göstərilib. Halbuki bu gün ayın 28-dir.


Bundan əlavə dovğanın adı da maraq doğurur. Niyə məhz “Gənzə”? Məhsulun haradan alındığı isə məlum deyil. 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top