Mesut Özilə küçənin ortasında bıçaqla hücum etdilər - VİDEO

İDMAN 26 iyl 2019, 09:12

Arsenalın türk əsilli futbolçusu Mesut Özil bıçaqlı şəxslərin hücumuna məruz qalıb.

 

Demokrat.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, Londonda restoran çıxışına gələn həmin şəxslər futbolçunu qarət etmək istəyirlər. Bu zaman  Özil dərhal maşına minir və onun komanda yoldaşı Sead Kolaşınaç isə bıçaqlı şəxsləri uzaqlaşdırmağa çalışır.

 

Şahidlərin sözlərinə görə, bıçaqla hücuma məruz qalan Özil, hər kəs kimi nə edəcəyini bilmədən canını qurtarmağa çalışırdı. Bu hadisədən sonra futbolçu türk restoranına girir və oranın işçiləri oyunçuya yardım edərək bıçaqlı şəxslərin ərazidən uzaqlaşmasına nail olurlar.

 

Məşhur futbolçu əraziyə gələn polis əməkdaşlarına ifadə verib və hər iki futbolçunun xəsarət almadığı müəyyənləşdirilib.

 

Zaur Zahidoğlu

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top