Somalidə millət vəkillərinin olduğu oteldə terror — Ölənlər var

DÜNYA 13 iyl 2019, 11:20

Somalinin Kismayo şəhərində yerləşən otəllərin birində terror hadisəsi qeydə alınıb.


Demokrat.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.


Məlumata görə, militanların törətdiyi terror hücumu nəticəsində 13 nəfər ölüb, 50-ə yaxın şəxs xəsarət alıb. Bildirilir ki, ölənlər arasında hakimiyyət nümayəndələri, yerli qəbilələrin ağsaqqalları və iki jurnalist olub. 


“Reuters” xəbər agentliyinin verdiyi məlumata görə, hadisə zamanı sözügedən oteldə millət vəkillərinin görüşü keçirilib.


Terror hücumlarını “Əl-Şəbab” terror qruplaşması öz üzərinə götürüb.


Qeyd edək ki, "Əl-Şabab" Somalidə məskunlaşan terror təşkilatıdır. İlk dəfə 2004-cü ildə “Hizbul Şəbab”adı ilə tanınıb.(Yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top