Ərdoğan Donald Trampla görüşdü - FOTOLAR

DÜNYA 29 iyn 2019, 10:41

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyanın Osaka şəhərində keçirilən G-20 Sammiti çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşüb. 


 
Demokrat.az-ın məlumatına görə, görüşdə iki dövlət arasında iqtisadi əlaqələr, Rusiyadan S-400 raketlərinin alınması və digər strateji məsələlər müzakirə edilib. 


 
Tramp yaxın zamanda Türkiyədə rəsmi səfər edəcəyini açıqlayıb. 


 
Görüş təxminən 40 dəqiqə davam edib.


 
ABŞ prezidenti deyib ki, Ərdoğanla görüşü xüsusi əhəmiyyəti hesab edir. Türk heyətini göstərən Tramp belə deyib: "Bu insanlara bir baxın. Onlarla anlaşmaq çox asandır. Hollivuddakı film setində belə bu qədər gözəl insanı bir yerdə tapa bilməzsiniz”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top