BMT-nin Ali Komissarı: "Qaçqınlıq situasiyaları kənar ərazilərə təsir göstərir"

DÜNYA 26 iyn 2019, 16:28

“Qaçqınlıq situasiyaları bütövlükdə regionlara və kənar ərazilərə təsir göstərir”.

 

Bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi deyib.

 

O bildirib ki, didərginlik problemləri təkbaşına həll edilə bilməz: “Bütün ölkələr arasında həmin problemlərlə bağlı vahid baxış və istəklərin olması, real və konkret addımların atılması tələb olunur. Bu, Qaçqınlar haqqında Qlobal Sazişin məqsədidir və Qaçqınlar üzrə Qlobal Forum çərçivəsində biz bu istiqamətdə işləyəcəyik”.

 

Qeyd edək ki, Qaçqınlar üzrə 1-ci Qlobal Forum dekabrın 17-18də keçiriləcək. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top