"Gürcüstan hakimiyyəti devrilməlidir" — Saakaşvilidən gürcülərə ÇAĞIRIŞ

DÜNYA 21 iyn 2019, 13:35

Gürcü Arzusu Partiyasını hakimiyyətdən uzaqlaşdırmaqdan ötrü müxalifət birləşməlidir.


Demokrat.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb. 


Onun sözlərinə görə, bu gün Gürcüstanda baş verənlərə məhz hakim partiya məsuliyyət daşıyır.


O, Gürcü Arzusunun dinc yolla hakimiyyətdən uzaqlaşdırılmalı olduğunu bildirib

 
Saakaşvili İvanişvilinin əmri ilə Abxaziya və Cənubi Osetiya ilə sərhəd olan Şida Kartli bölgəsi yaxınlığında yerləşən xüsusi təyinatlı dəstələrin Tiflisə gətirildiyi və onların etirazların dağıdılması üçün istifadə ediləcəyinə dair də məlumat paylaşıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top