Əmrəyə uzadılan tualet fırçası, aeroportda saatlarla yoxlama - Avropalılar Türkiyə millisinin gücünü HƏZM EDƏ BİLMİR (VİDEO)

İDMAN 11 iyn 2019, 10:43

Futbol üzrə Türkiyə millisinin İslandiyaya səfəri qalmaqallarla yadda qalıb.

 

Demokrat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Avro 2020"nin seçmə mərhələsi çərçivəsində İslandiyaya yollanan Türkiyə yığması, Keflavik hava limanında xoşagəlməz olaylarla qarşılaşıb. Belə ki, türkiyəli futbolçular pasport yoxlaması, eləcə də çantaların yoxlanışı zamanı süründürməçiliyin qurbanı olub. Bununla da, heyət heç kimin gözləmədiyi anda  aeroportda 3 saatdan artıq saxlanılıb.  

 

Hadisələrin ardından başqa bir olay Türkiyə futbolsevərlərində qəzəb yaradıb. Belə ki, millinin kapitanı Emre Belözoğlu hava limanında jurnalistlərin suallarını cavablandırarkən, mikrofon yerinə tualet fırçası uzadan bir nəfər diqqət mərkəzinə düşüb. Məhz bu hadisə Türkiyə mediasında böyük rezonans doğurub və fanatlarda qıcıq yaradıb. 

Məsələnin sosial şəbəkələrdə böyük ajiotaja səbəb olduğunu görən 26 yaşlı belçikalı Korentin Siamanq, İslandiyadan öz ölkəsinə qayıdarkən, Türkiyə milli komandası ilə qarşılaşdığını və belə bir hərəkətlə özünə haqq qazandırmağa çalışıb: "Dostlar, İslandiyada başıma belə bir hadisə gəldi. Hava limanında ikən Türkiyə milli komandasının burada olduğunu öyrəndim. Bu zaman çantamdakı fırça ilə jurnalistləri yamsılamaq istədim, təhlükəsizlikdən yayınmağı bacardım. Türkiyəli jurnalistlər isə bunu kapitanlarına qarşı hörmətsizlik kimi başa düşdü. Amma mənim uzatdığım əşya təmizlik fırçası idi, tualet fırçası idi”. 

 

Картинки по запросу türkiye fransa maçı

 

Bütün bunlardan sonra türkiyəli hakerlər  Korentin Siamanqın sosial şəbəkə hesabına hücuma keçiblər. Hətta Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tvitter hesabıdan bu hadisələrə biganə qalmayacaqlarını və lazımi tədbirlər görəcəyini açıqlayıb. 

 

 

Zaur Zahidoğlu

Demokrat.Az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top