Erməni ordusuna həyəcan siqnalı verildi — Düşmən təşvişdə (VİDEO)

HADİSƏ 31 may 2019, 23:33

Yanvarın 30-dan 31-nə keçən gecə Dağlıq Qarabağdakı Ermənistan işğalçı qüvvələrinin zirehli tank və artilleriya hissələrində qəfil həyacan siqnalı elan edilib.


Demokrat.az Virtualaz.org-a istinadən xəbər verir ki, bölmələr döyüş hazırlığı vəziyyətinə gətirilib və təyin olunmuş nöqtələrdə cəmləşdirmə həyata keçirilib. 

 

Bölmələrin qarşısında qoyulmuş vəzifələrə əsasən onlar tanış olmayan ərazilərdə gecə şəraitində cəmləşməli və döyüş mövqelərini tutmalı idi.


Bu gecə məşqinə dair yayılmış qısa videogörüntülərə əsasən hərbi hissələrdən birindən əllərində mərmi yeşikləri əsgərlər “Ural” markalı köhnə sovet avtomobillərinə tərəf qaçır, daha sonra yedəyinə 122 millimetrlik qaubitsalar qoşulmuş həmin yük avtomobilləri, o cümlədən bir neçə köhnə T-72 tankları hərəkətə başlayır.


Belə qənaətə gəlmək olar ki, düşmən ordusunda bu qəfil gecə cəmləşməsi Azərbaycan ordusunun bir neçə gün əvvəl başa çatan operativ-taktiki təlimləri ilə birbaşa bağlıdır. Çünki 10 minə yaxın şəxsi heyətin, yüzlərlə tank və zirehli maşınların, raket və artilleriya sistemlərinin iştirakı ilə keçirilən həmin təlimlərin ssenarisinə əsasən qoşunlar düşmənin qəfil gecə hücumunu dəf edərək sürətli əks hücuma başlayırdı.


Bu təlimlərin ssenarisindən aydındır ki, Azərbaycan ordusu işğal edilmiş əraziləri azad etmək üçün irimiqyaslı döyüş əməliyyatlarının tərkib hissəsi kimi gecə vaxtı cəmləşmə və sürətli hücum taktikasını da sınaqdan keçirir. Və həmin ssenari düşmən tərəfdə təşviş yaratdığı üçün erməni ordusu da öz qüvvələrini qəfil gecə hücumunu dəf etməyə hazırlayır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top