Salyanda qasırğa inəyi göyə uçurdu — VİDEO

HADİSƏ 30 may 2019, 17:17

Salyanda anidən baş verən qasırğa evin dam örtüyünü və düyəni (inəyin 1-1,5 yaş balası) uçurub.


Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, qasırğa bu gün günorta saatlarında Salyan rayonunun Kürsəngi kəndində baş verib.


Qasırğa üç dəqiqə davam edib. Nəticədə, kənd sakini Həsənov Qahir Rafiq oğluna məxsus evin dam örtüyünü yerindən qopararaq uçurub.


Uçulmuş dam örtüyü 30 metr aralı düşüb.


Digər kənd sakininə məxsus düyəni isə qasırğa 25 metr məsafəyə uçuraraq tullayıb. Təbii fəlakət zamanı xəsarət alan olmayıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top