Misir azərbaycanlı dənizçini sərbəst buraxdı

HADİSƏ 26 may 2019, 21:45

Misirdə girov saxlanılan “Sea Shark” tankerinin heyət üzvləri sərbəst buraxılıb.

 

"Ölkə.Az" xəbər verir ki, “Ukrainskaya pravda” nəşrinin məlumatına görə, onların arasında Azərbaycan vətəndaşı da olub.

 

Tankerin heyəti 31 nəfərdən ibarət olub. Onların əksəriyyəti Ukrayna vətəndaşlarıdır.

 

Qeyd edək ki, tanker ötən ilin dekabr ayında Misir Hərbi-Dəniz Donanması tərəfindən saxlanılıb. Misirin müvafiq strukturları gəmiyə 11 milyon barel neftin qanunsuz yükləndiyini iddia edib.

 

Misirin ərazi sularına qanunsuz daxil olduğuna görə tankerin sahibinə qarşı 56 milyon dollarlıq iddia qaldırılıb.

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top