Buzovnadakı "Mall"da baş vermiş dəhşətli yanğından görüntülər (VİDEO)

KRİMİNAL 19 may 2019, 10:37

Xəbər verdiyimiz kimi, ötən gün Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində "Zagulba Mall" ticarət mərkəzinin zirzəmisində yanğın baş verib. 

 

FHN-nin məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

 

Binada olan insanlar təxliyə edilib. Yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilib. 

 

Nəticədə Buzovna qəsəbəsində üçmərtəbəli ticarət mərkəzində baş vermiş yanğın, yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

İlkin məlumata əsasən, ticarət mərkəzinin zirzəmi qatında 100 m² sahədə parça materialları yanıb.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top