Gürcüstanda polislə azərbaycanlılar arasında qarşıdurma — Etirazlar başladı (FOTOLAR)

HADİSƏ 10 may 2019, 10:46

Gürcüstanın Laqodexi rayonunun azərbaycanlılar yaşayan Qabal kəndində polislə yerli sakinlər arasında insident baş verib.


Demokrat.az "Report”a istinadən xəbərverir ki, axşam saatlarında patrul polisinin azərbaycanlının idarə etdiyi avtomobili saxlamasından sonra tərəflər arasında mübahisə yaranıb.


Sürücü xəstəxanaya tələsdiyini və heç bir qanun pozuntusuna yol vermədiyini bildirsə də, polis əməkdaşı buna məhəl qoymayıb. Yaranan mübahisəyə avtomobildə olan digər şəxs də müdaxilə edib.


Kənd sakinlərinin bildirdiklərinə görə, mübahisə nəticəsində 3-4 nəfər saxlanılıb.


Qabal kənd sakinləri həmyerlilərinin saxlanılmasına etiraz edərək kənd mərkəzində toplaşıblar.


Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Qabal kəndinə gedərək insidentin detalları barədə maraqlanıb və yaranmış vəziyyətin aradan qaldırlması üçün yerli sakinlərlə görüşüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top