Lukaşenko Putinlə dalaşdı və Çini tərk etdi

DÜNYA 28 apr 2019, 00:00

Belarus Prezidenti Aleksandr Lukaşenko gözlənilmədən Çindəki "Bir kəmər, bir yol” konfransını tərk edib.

 

Axar.az xəbər verir ki, bu məlumat Teleqram sosial şəbəkəsindəki "Rasstriqa” kanalında yayımlanıb.

 

Bildirilib ki, Lukaşenkonun Çini tərk etməsinə səbəb onunla Rusiya Prezidenti Vladimir Putin arasında yaşanan gərginlik olub. Vəziyyət o həddə çatıb ki, Lukaşenko Çindəki heç bir rəsmi görüşünü gözləməyib.

 

"Rasstriqa” kanalı Putinlə Lukaşenko arasında münasibətlərin gərginləşməsinə səbəb kimi Rusiya Prezidentinin Belarus lideriylə görüşdən imtina etməsini göstərib.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top