"Qarabağ" "Neftçi" ilə xal fərqini 5-ə yüksəltdi

İDMAN 27 apr 2019, 22:55

“Neftçi” Azərbaycan Premyer Liqasının 26-cı turunda “Sumqayıt” klubu ilə qarşılaşıb.

 

Oyun Bakı təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

“Neftçi”nin heyətində Ruslan Abışov (8) və Dabo (72) fərqlənib. “Sumqayıt”ın qollarını isə Əmir Ağayev (31), Ülvi İsgəndərov (42) və Murad Xaçayev (77) vurub. 

 

Qeyd edək ki, çempionatın bitməsinə iki tur qalır. Hazırda turnir cədvəlinin birinci pilləsində Ağdamın “Qarabağ” klubu qərarlaşıb. “Neftçi” “Qarabağ”dan 5 xal geri qalır. (Oxu.Az)

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top