Bakıda itkin düşən 13 yaşlı məktəbli tapıldı

GÜNDƏM 27 apr 2019, 19:38

Bakıda itkin düşən məktəbli qız tapılıb.

 

Bu barədə ONA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

 

Qeyd olunub ki, Bakının Nəsimi rayonu 4-cü mikrorayon ərazisində yerləşən 5 nömrəli məktəbin şagirdi Aydan Əliyeva paytaxtın “Malakan bağı” adlanan ərazisindən tapılaraq, aidiyyəti üzrə təhvil verilib.

 

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu da itkin düşmüş məktəblinin tapılması ilə bağlı rəsmi məlumat yayıb.

 

Məlumatda bildirilir ki, Nəsimi rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən aprelin 26-da Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Əliyeva Aydan Valeh qızının təhsil aldığı Bakı şəhəri 5 nömrəli məktəbdən çıxaraq naməlum istiqamətə getməsi barədə Nəsimi RPİ-nin 19-cu PŞ-nə edilmiş müraciət əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Əliyeva aprelin 27-də tapılaraq ailəsinə təhvil verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top