Tibb bacısı özünü doğum evində öldürdü

DÜNYA 24 apr 2019, 09:01

Moskvadakı doğum evlərindən birində tibb bacısı iş yerində özünə ölümcül dozada yuxugətirici vasitə qəbul edərək intihar edib.


Demokrat.az medicina.az-a istinadən bildirir ki, 25 yaşlı qadının meyiti doğum evinin otaqlarından birində tapılıb.  


Meyitin yanından iki ampula "Propofol" - güclü yuxugətirici (bu, narkozda saxlamaq üçün istifadə olunur) götürülüb.


Onun 3 ay əvvəl anestezioloqun köməkçisi işinə başladığı bildirilir.


İntiharın səbəbi məlum deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top