Deputatlar toplandı — İTV-nin Yayım Şurasına yeni üzvlər seçiləcək

GÜNDƏM 23 apr 2019, 12:19

Bu gün Milli Məclisin növbəti plenar iclası işə başlayıb.


Demokrat.az-ın məlumatına görə, deputatlar iclasın əvvəlində İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvlərin seçilməsi məsələsini müzakirə edəcəklər.


Daha sonra Mülki, İnzibati Xətalar və Su məcəllələrinə, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Əmək pensiyaları haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Lisenziya və icazələr haqqında", "Məktəbəqədər təhsil haqqında", "Peşə təhsili haqqında" və digər qanunlara dəyişikliklər müzakirə olunacaq.


Ümumilikdə iclasın gündəliyinə 19 məsələ daxildir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top