“Traktor”un oyununda qarşıdurma — Yaralılar var (VİDEO)

HADİSƏ 19 apr 2019, 21:22

Bu gün "Traktor"un "Peykan" (Tehran) komandası ilə növbəti oyunda qarşıdurma yaşanıb.

 

Modern.az xəbər verir ki, oyun zamanı azarkeşlərlə polis qüvvələri arasında insident baş verib. Buna səbəb isə hakimin açıq-aşkar “Traktor” komandasına qarşı qərəz nümayiş etdirərək 3 penaltini hesaba almaması olub.

 

Polis qüvvələri güc tətbiq edərək, azarkeşlərə qarşı bibər qazı və su şırnaqlarından istifadə edib.

 

Məlumata görə, qarşıdurma zamanı xeyli insan xəsarət alıb.

 

Qeyd edilir ki, "Traktor" 1:0 hesabı ilə oyunu uduzub.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top