“Xalq Hərəkatı”nın iclasında yenidən qalmaqal yaşandı — VİDEO

Bu gün Azərbaycan Xalq Hərəkatının (AXH) İdarə Heyətinin növbəti iclası keçirilib.


Demokrat.az-ın məlumatına görə, Azərbaycan Liberal Demokrat Partiyasının qərargahında keçirilən iclasa Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu sədrlik edib.


AXH-nin dönəm sədri Tural Abbaslı iclasa gecikib və buna səbəb kimi məhkəməyə getməsini göstərib. 


T. Abbaslı daha sonra isə təşkilatın prosedur qaydasına etiraz edib, iclasa onun deyil, M. Mirəlioğlunun sədrlik etməsini düzgün saymayıb. 


M. Mirəlioğlu isə T. Abbaslının iradını haqlı hesab edib. 


KXCP sədri bildirib ki, iclasa özünün sədrlik məsələsi səsverməyə qoyularkən bunun əleyhinə səs verib.


T. Abbaslı çıxışında AXH İdarə Heyətinin üzvü Qurban Məmmədovla vatsap yazışmaları barədə məsələyə də toxunub. Həmin yazışmanın saxta olduğunu bildirən T. Abbaslı qeyd edib ki, Q. Məmmədovla vatsap yazışması olsa, bundan imtina etməzdi: 


“Çıxıb deyərdim ki, yaxşı etmişəm. Məsələn, sabah mənim bir yazım çıxacaq ki, Əli bəyin əleyhinə çıxış etmişəm. Yaxşı eləmişəm”.


Bundan sonra isə T. Abbaslı ilə İdarə Heyətinin üzvü Süleyman Kərimov arasında qalmaqal yaşanıb. 


S. Kərimov T. Abbaslını AXH-ni parçalamağa çalışmaqda günahlandırıb: 


“Sənin bu çıxışların AXH-ın əleyhinədir və AXH-nin parçalanmasına xidmət edir”.


T. Abbaslının cavabı isə sərt olub: 


“Xoşunuza gəlmirsə, buranı tərk edin. Gedin, AXH-nin Əsasnaməsini oxuyun. Bunu kim salıb bura? Nə işi var burda? Danışığını, oturuşunu bilmir”.


İclas müzakirələrlə başa çatıb.

 

15 Aprel 2019, 23:15   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin