Zukerberq “Facebook” rəhbərliyindən uzaqlaşdırılır?

DÜNYA 14 apr 2019, 17:45

"Facebook” səhmdarlarının illik toplantısında Mark Zukerberqin İdarə Heyətinin sədri postundan uzaqlaşdırılması məsələsi yenidən müzakirəyə çıxarılacaq.


“Business Insider” yazır ki, söhbət investorların təklifi əsasında strukturun dəyişdirilməsindən gedir.


Zukerberqin vəzifəsindən kənarlaşdırılması məsələsi səsverməyə çıxarılacaq. Lakin Zukerberq səhmlərin 60 faizinə malik olduğu üçün səsvermənin onun əleyhinə bitəcəyi real görünmür.


Qeyd edək ki, “Facebook” səhmdarlarının illik toplantısı mayın 30-da keçiriləcək.


Onu da xatırladaq ki, Zukerberq 2012-ci ildən “Facebook” Direktorlar Şurasının sədridir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top