Zakir Qaralov vətəndaşları qəbul edəcək

HADİSƏ 11 apr 2019, 11:25

Baş prokuror Zakir Qaralov aprelin 19-da saat 10:00-da Ucar rayon prokurorluğunun inzibati binasında Ucar, Ağdaş və Zərdab rayon sakinlərinin qəbulunu keçirəcək.


Baş Prokurorluğun Mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.


Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ucar rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.


Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top