"Yanğın baş verən binanın cəmi bir çıxışı var" — Baş nazirin müavini

HADİSƏ 10 apr 2019, 15:28

“Məcburi köçkünlərin məskunlaşdığı Bakının Nizami rayonu, Babək prospektindəki binada baş verən yanğın hadisəsi araşdırılır. Etiraf edim ki, burada insanlar ağır şəraitdə yaşayır”.


Demokrat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hadisə yerinə baxış keçirən Baş nazirin müavini Əli Əhmədov deyib.


O qeyd edib ki, məcburi köçkünlər dövlətin tikdiyi evlərə növbə ilə köçürülür: 


“İnşa edilən binalara ilk növbədə ağır şəraitdə yaşayan məcburi köçkünlər köçürüləcək. Bununla əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsiciddi şəkildə işlər aparır. Daha çox ehtiyacı olan kateqoriyalı köçkünlər inşa edilən evlərlə təmin ediləcək. Hədəfimiz isə ondan ibarətdir ki, bütün məcburi köçkünlər evlərlə təmin olunsun. Bu binada təhlükəsizlik problemləri mövcuddur. Binanın cəmi bir çıxışı var. Biz mümkün olan bütün tədbirləri həyata keçirəcəyik. Bu binadakı sakinlər müvəqqəti olaraq yerləşdiriləcəklər”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top