Bakıda dolab uşağın üzərinə belə aşdı — Məktəbəqədər hazırlıq dərnəyində (VİDEO)

HADİSƏ 04 apr 2019, 11:44

Binəqədi Gənclər Evinin nəzdində fəaliyyət göstərən məktəbəqədər hazırlıq dərnəyində azyaşlının üzərinə dolab aşıb.


Demokrat.az xəbər verir ki, bu barədə Unikal.org-a azyaşlının valideyni məlumat verib. 


Valideyn sözlərinə görə, aprel 1-də Binəqədi Gənclər evində 4 yaşlı Talıblı Hüseyn Orxan oğlu dolaba yaxınlaşanda onun üzərinə düşüb. Nəticədə azyaşlının qolu qırılıb və müxtəlif dərəcəli bədən xəsarəti alıb.


Valideynlərinin verdiyi məlumata görə, Binəqədi Gənclər Evinin rəhbərliyi laqeydlik edərək 4 yaşlı uşağın səhhəti ilə maraqlanmırlar.


*** 20:55


Məsələ ilə bağlı Binəqədi Gənclər Evinin nəzdində fəaliyyət göstərən məktəbəqədər hazırlıq dərnəyinin metodisti Mahmud Məmmədzadə bildirib ki, məktəbə qədər hazırlıq dərnəyindəki hadisədə xəsarət alan uşağı bu gün kollektiv ziyarət edəcək:


"Bizim müdirimiz ərizəsi ilə işdən çıxıb. Hadisədən bizim kollektiv də çox məyus olub. Bu məsələdən sonra usta ilə danışmışıq gəlib dolabları divara bərkidəcəklər. Hadisəyə gəlincə uşağın valideynləri bizim onu xəstəxanaya aparmaq təklifimizdən imtina ediblər. Uşağın müalicəsini öz üzərlərinə götürdülər. Biz kollektiv olaraq qərara gəlmişik ki, uşaq sağalandan sonra təmənnasız olaraq dərnəkdən istifadə etsin. Buna baxmayaraq bizim əməkdaşlar bu gün uşağın valideynləri ilə əlaqə saxlayıb".

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top