Ağsuda yol uçdu — 7 kəndlə əlaqə kəsildi

HADİSƏ 01 apr 2019, 15:13

Bu gün səhər saatlarında Ağsu - Xanbulaq avtomobil yolunda  torpaq uçqunu baş verib.


Oxu.Az-ın məlumatına görə, rayonun ucqar dağ kəndlərindən olan Xanbulaq  kəndinin yaxınlığında yolun bir hissəsi uçub.


Dağın yamac hissəsindən axan torpaq qatı yola tökülüb. Həmin istiqamətdə hərəkətdə olan Yük maşını bataraq yolda qalıb.


Hazırda Xanbulaq Hinqar, Girdə, Kəndəxan, Zərqava, Yenikənd və Kövluc kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Ərazi aktiv sürüşmə zolağında yerləşir və sürüşmə davam edir.


Səhər saatlarında kəndən rayonu və əks istiqamətdə hərəkətdə olan avtomobillər  uçqun səbəbindən yolda qalıb.


Sözü gedən yolda 4 nöqtədə  sürüşmələr qeydə alınıb.


Hazırda əraziyə texnika cəlb olunub yolun uçqun vurmuş nöqtəsində işlər aparılır.


Torpaq uçqununa intensiv yağışlarin səbəb olduğu bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top