Gözdən əlil idmançımız Avropa çempionatının finalında — FOTOLAR

İDMAN 30 mar 2019, 08:59

Para-karate üzrə milli komandanın üzvü, dünya ikincisi Sahib Əhədov Avropa çempionatının finalına yüksəlib. 


Demokrat.az xəbər verir ki, gözdən zəif idmançılar arasında üç idmançıdan ibarət qrupda Moldova və Rusiyadan olan rəqiblərini qabaqlayan S.Əhədov 39.94 xalla qrup lideri olub. 


30 martda həlledici görüşdə karateçimizin rəqibi Zviadi Vasadze (Gürcüstan) olacaq.


Qeyd edək ki, bundan başqa, İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət kata komandamız bürünc medal uğrunda Rusiya yığması ilə mübarizə aparacaq. Kişilər və qadınlardan ibarət kumite millilərimiz isə müvafiq olaraq Ukrayna və İngiltərə yığmalarına uduzaraq mübarizəni dayandırıb.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top