Lalə Şövkət Əli İnsanovu təbrik etdi

GÜNDƏM 17 mar 2019, 00:00

Uzun müddətdir siyasətdən kənarda qalmağa üstünlük verən Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət Hacıyeva da Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamla bağlı münasibətini bildirib.


 
Demokrat.Az
-ın Modern.az-a istinadən məlumatına görə, Lalə Şövkət əfv sərəncamı ilə azadlığa çıxan məhkumlara təbrik ünvanlayıb:


 
"Bu gün azadlığa çıxan yurddaşlarımı təbrik edirəm! Şəxsən tanıdığım Əli İnsanovu, Gözəl Bayramlını, Fuad Qəhrəmanlını və hər birinizi”.


 
Prezident İlham Əliyevin 16 mart 2019-cu il tarixdə imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top