"Baku Bus" qəza törətdi — YARALILAR VAR

HADİSƏ 15 mar 2019, 15:59

Bakıda sərnişin avtobusu zəncirvari qəzaya düşüb, xəsarət alan var.


Demokrat.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi facebook hesabında yazaraq bildirib ki, Yasamal rayonu, Xiyabani küçəsində 17 saylı marşrut avtobusunun iştirakı ilə zəncirvari qəza baş verib:


"Bir qədər əvvəl Yasamal rayonu M.Xiyabani küçəsində yol nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan motosiklet minik avtomobili ilə toqquşub. 


Nəticədə motosiklet 17 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun qarşısına düşüb. Motosikletin sürücüsü xəsarət alıb avtobusda olan sərnişlərdən xəsarət alan olmayıb.


Hazırda hadisə ilə bağlı müvafiq qurumlar eyni zamanda BNA tərəfindən araşdırma aparılır".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top