Bakıda uşaqlara siqaret satanlar cərimələndi

HADİSƏ 14 mar 2019, 16:26

Bakıda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan mağazanın satıcısı cərimələnib.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir. 


Belə ki, martın 13-də Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 1 mağazada satıcının yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktı aşkar edilib.


Həmin satıcı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunub.


Bu istiqamətdə reydlər davam etdirilir. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top